TravelNews.Az

İşgüzar turizm sənayesinin nümayəndələri üçün təlim təşkil olunub

Mayın 1-də Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə sənayenin aktiv iştirakçıları üçün ilk maarifləndirici təlim təşkil olunub.

Beynəlxalq sərgilər barədə biliklərin və sərgilərdə iştirakın effektivliyini artırmaq məqsədilə təşkil olunan təlimdə sərgilərə hazırlıq, məhsulların təqdim edilməsində diqqət yerilməli məqamlar, təhsil üzrə tədbirlərdə təqdimatlar və digər mövzular üzrə məlumat verilib. Həmçinin may ayının 21-23-də Almaniyada keçiriləcək “IMEX Frankfurt” beynəlxalq sərgisi nümunə göstərilərək bu növ tədbirlərdə iştirak şərtləri haqqında məqamlara toxunulub. Təlim Qotenburq və Stokholm Konqreslər Bürosunun rəhbəri olmuş mütəxəssis Henrik von Arnold tərəfindən keçirilib.

Xatırladaq ki, Azərbaycan Konqreslər Bürosu tərəfindən yaradılacaq İşgüzar Tədbirlər Sənayesi Alyansının məqsədi ölkənin işgüzar turizm potensialının tanıdılması, işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsidir.

Şərhlər

şərhlər