Mayın 29-da Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi “Turizm imkanlarının kəşf edilməsi” adlı işgüzar görüş keçirilib.
Görüşdə xüsusi qonaq olaraq dəvət olunan Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edib.
Florian Zenqstşmid qonaqları Azərbaycan Turizm Bürosunun fəaliyyəti, Azərbaycan turizm strategiyasının konsepsiyası, ölkə turizminin inkişafına dair planlar barədə məlumatlandırıb və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq yeni tərəfdaşlarla əlaqələr yaratmaq üçün görülən işlər barədə danışıb.
Tədbirdə, həmçinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov və üzv şirkətlərin nümayəndələri iştirak ediblər.
İştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılan tədbirdə auditoriyanın verdiyi suallar cavablandırılıb
Şərhlər
şərhlər