TravelNews.Az

“Ironman Astana 70.3” azərbaycanlı triatletləri gözləyir

İyulun 14-də Nur-Sultanda keçiriləcək “Ironman Astana 70.3” turnirində Azərbaycanın triatlon komandası iştirak edəcək.

Əvvəlcə demək istəyərdik ki, yarışın adı və yarışın keçiriləcək yeri arasında oxşarlıq var. “Ironman Astana” dünya triatlon xəritəsində müəyyən bir marka olduğuna görə, təşkilatçılar müsabiqənin adını dəyişdirməməyə qərar veriblər.

“Ironman Astana 70.3” yarışında iştirakçılar 1,9 km üzmək, 90 km velosipedlə gediş və 21 km yolu qaçaraq qət etməlidirlər .

Turnirdə iştirak edən namizədlərin siyahısı BakıTriClubu təmsil edən on iki azərbaycanlı triatleti mövcuddur. Nur-Sultanda Əli Bunyadov, Hacıiverdi Ziyadov, İskəndər Qurbanov, Murad Kərəmov, Aydın Kərimov, Səbuhi Səfərov, Cəmil Abdullayev, Boris Nəcəfov, Sergan Abbasov, Yəhya Bayramov və Ziya Nuriyev çıxış edəcəklər.

Mənbə: AZERİSPORT.com

Şərhlər

şərhlər