TravelNews.Az

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qeydiyyat davam edir

2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.

İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.

VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 19 avqust 2019-cu il, ərizə-müqavilə isə 31 avqust 2019-cu il tarixinədək təqdim edilməlidir (nrtis@mct.gov.az).

Ərizə-müqaviləni (PDF formatında)burada yükləyə bilərsiniz.

Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.

Sizi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka dəvət edirik!

Şərhlər

şərhlər