26 oktyabrda Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.
Festivalın rəsmi açılış mərasimi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olacaq.
Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər.
III Xurma festivalı konsert proqramı ilə başa çatacaq.
Şərhlər
şərhlər