TravelNews.Az

Regionlarda xidmət səviyyəsinin artırılması üçün təlimlər keçirilir- FOTO

5-6 dekabrda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Dövlət Turizm Agentliyinin əməkdaşlığı ilə  Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin icra etdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsind Qəbələ, İsmayıllı və Qax şəhərlərində xidmət sahəsində mehmanxana qeydiyyatçıları üçün təlimlər təşkil olunub.
Xarici ekspertlərin iştirakı ilə pilot peşə məktəblərinin təlimçiləri tərəfindən Təlimin proqramı və məzmunu hazırlanmışdır.
Azərbaycan Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, peşə məktəblərinin təlimçiləri tərəfindən tədris olunan təlimlərdə məqsəd regionda turizm sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərindəki işçi heyətin səriştələrinin artırılmasıdır.

Şərhlər

şərhlər