Bu il fevralın 7-dən 9-dək Estoniyada Baltikyanı ölkələrin ən qədim və böyük turizm sərgisi olan “Tourest” sərgi-yarmarkası keçiriləcək.
Estoniya KİV-lərinə istinadən, 29-cu dəfə təşkil olunacaq turizm sərgisi 32 ölkədən 500-ə yaxın iştirakçını bir araya gətirəcək.
Qeyd edək ki, sərgidə ilk dəfə Azərbaycan da təmsil olunacaq. Üstəlik, fevralın 8-də estoniyalı pop müğənni Helen Adamson sərgi iştirakçılarına Azərbaycan barədə məlumat verəcək, ölkəmizə səfəri zamanı gördüklərindən danışacaq.
Şərhlər
şərhlər