TravelNews.Az

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib ki , Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcək.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində döyüş bölgəsindən 60 km uzaqlıqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalmışdır. Hadisə nəticəsində 9 nəfər həyatını itirmiş, 34 nəfər yaralanmışdır. 

 

Şərhlər

şərhlər