TravelNews.Az

Ölkədə otellər karantin dövründə necə fəaliyyət göstərəcək?

Pandemiya dövründə otellərin fəaliyyəti necə tənzimlənəcək?

Bildiyimiz kimi hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır.

Banker.az  ölkə ərazisində xüsusi karantin rejimi müddətində, otellərin necə fəaliyyət göstərməsi barədə araşdırma aparıb. Belə ki, sərt karantin rejimi tətbiq edilən bəzi şəhər və rayonlarda otellər ümumiyyətlə fəaliyyət göstərmir.

Karantin qaydaları tətbiq olunmayan rayon və şəhərlərdə isə otellər həmişə0ki, qaydada  fəaliyyətini davam etdirir.

Məlumat üçün qeyd edək ki, həftə sonları hər kəs istirahət üçün rayonlara üz tutduğuna görə və  otellerdə sıxlığın olduğunu nəzərə alaraq, otellər qabaqcadan rezerv etməyi məsləhət görür.

Sərt karantin tətbiq edilmiş Quba rayonunda “Quba Palace Hotel” və “Quba Macara Lake Park”ın fəaliyyəti sərt karantin rejiminə görə dayandırılıb.

“Qalaaltı Hotel&Spa”nın yerləşdiyi Şabran rayonunda karantin qaydaları tətbiq edilmədiyindən burda otelin fəaliyyəti həmişəki qaydada fəaliyyət göstərir.

Həmçinin istirahət üçün hamının üz tutduğu Şamaxı “Sakit Göl Hotel”i, Qəbələdə yerləşən “Qafqaz Tufandağ Hotel”i də  fəaliiyətini həmişəki qaydada davam etdirir.

Bəs insanlarda sual doğurur ki, Bakıda ki, otellərin fəsliyyəti necə olacaq? Həftəsonları paytaxda yerləşən otellər fəaliyyət göstərəcəkmi? Banker.az bunu da araşdırıb.Belə ki,  Bakının mərkəzində yerləşən “Hilton Hotel” və “Fairmont Baku Flame Towers” də normal qayda da fəliyyətini davam etdirir. Şənbə və Bazar günləri də bu otellər fəaliyyət göstərəcək. Həmçinin məlumat üçün qeyd edək ki, digər otellər kimi, bu otelləri də qabaqcadan rezerv etmək məsləhət görülür.

mənbə: fed.az

Şərhlər

şərhlər