Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciət edib. Prezident öz müraciətində Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. ”
Şərhlər
şərhlər