TravelNews.Az

“Silk Vey East Aviaşirkəti” nizamnamə kapitalını azaldır

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey East Aviaşirkəti” MMC təsisçilərinin ümumi yığıncağının qərarına əsasən nizamnamə kapitalını azaltdığını elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, kommersiya qurumu kapitalındakı azalmanın nə qədər olacağını açıqlamayıb.

Xatırladaq ki, “Silk Vey East Aviaşirkəti” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 000 manatdır. Aviaşirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

mənbə:fed.az

Şərhlər

şərhlər