Oktyabrın 12-də “JW Marriott Absheron” hotelində Bakıda təşkil ediləcək ikinci Şopinq festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda iştirak edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ölkə rəhbərinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir göstərib.
Bakıda İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək. Budəfəki festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək.
Nazir müavini diqqətə çatdırıb ki, festivala Azərbaycan Beynəlxalq Bankı və AzərTürk Bank da xidmətlərini təklif edib. Əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydaları festivalın iştirakçısı olan ticarət nöqtələrində tətbiq ediləcək. Bu kampaniyadan yalnız festivalda iştirak qeydiyyatından və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlar mal aldıqları zaman yararlana biləcəklər. Festivalda iştirak edən həmin mağazalar “Tax Free” nişanı ilə fərqlənəcək.
Şərhlər
şərhlər