TravelNews.Az

“Rusiya ilə Azərbaycan arasında ilkin razılıq əldə edilib” – NAZİR MÜAVİNİ

Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.

TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

N.Səmədov bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır:

“Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Digər Xəzəryanı ölkələr gələcəkdə bu layihəyə qoşulmaq istəsə də, artıq Rusiya ilə Azərbaycan arasında belə bir kruizin təşkili ilə bağlı ilkin razılıq əldə edilib”.

Şərhlər

şərhlər