Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin noyabr ayının 28-də saat 11ºº-da Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Nizami prospekti, 61) Mingəçevir, Yevlax, şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Şərhlər
şərhlər