Azərbaycan turizmi “TT Warsaw” sərgisində təmsil olunur.
TravelNews.Az xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan sərgidə ölkəmizi təmsil edir.
Nümayəndələrimiz həm Polşanın, həm də dünyanın başqa ölkələrindən olan həmkarları ilə görüşlər keçirir, yeni əməkdaşlıqlara imza atırlar. Adıçəkilən qurumlar tərəfindən hazırlanan stendi Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da ziyarət edib, öz dəyərli məsləhətlərini turizmçilərlə bölüşüb. Həsən Həsənov tezliklə Polşa turizm şirkətləri ilə B2B görüşlərin təşkilində onlara yardımçı olacağına söz verib.
Qeyd edək ki, sərgi öz işinə bugün başlayıb və noyabrın 25-də yekunlaşacaq.
Şərhlər
şərhlər