Dekabrın 20-də Azərbaycan Turizm Assosiasiyasında turizm şirkətləri ilə “Şahdağ” Turizm Mərkəzi arasında görüş keçirilib.
TravelNews.Az xəbər verir ki, tərəflər arasında keçən həftə “Şahdağ” Turizm Mərkəzində baş vermiş izdihamla bağlı problemlər və AZTA-nın təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub. Turizm Mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib. Bununla yanaşı turizmçilər “Şahdağ” Turizm Mərkəzinin nümayəndələrinə öz sual və təkliflərini ünvanlayıb.
Keçirilən görüşdə AZTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırılıb. Sonda bütün razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.
Şərhlər
şərhlər