TravelNews.Az

Dünyanın ən böyük turizm sərgisi başlayıb

Dünyanın ən böyük turizm sərgisi – İTB Berlin martın 8-də Almaniyanın Messe Berlin sərgi salonunda öz işinə başlayıb.

Sərgiyə 184 ölkədən 10 min iştirakçı qatılıb. Messe Berlinin 26 fəqli salonunda 1096 stend yerləşdilib. Bir çox mövzuların müzakirə olunacağı sərgidə “davamlı turizm”, “texnoloji irəliləmələr”, “tibbi turizm” mövzuları əsas paya sahibdir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və Azərbaycanın aparıcı turizm şirkətləri də bu sərgidə Azərbaycan turizmini təmsil edir.

Şərhlər

şərhlər