TravelNews.Az

ATMU tələblələri Türkiyədə fəaliyyət göstərən nüfuzlu otellərdə təcrübə keçəcəklər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+proqramları, o cümlədən müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində 1 semestrlik təhsil imkanından uğurla faydalanıb.

Martın 13-də qardaş ölkənin universitetlərində nəzərdə tutulan təhsil müddətini uğurla başa vuran tələbələr Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoralla görüşüblər. Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa cənab səfirə görüş təklifini qəbul etdiyi üçün təşəkkürünü bildirib. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin turizm sənayesi və təhsil müəssisələri arasında mövcud əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. Görüş əsnasında ATMU tələbələrinin qarşıdakı tədris ilində Türkiyənin müxtəlif nüfuzlu otellərində yay tanışlıq və təcrübə semestrinin təşkili imkanları müzakirə olunub.

Şərhlər

şərhlər