TravelNews.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin marketinq sektorunun məsləhətçisi Azər Orucov təmsil edir.
İclasın gündəliyinə uyğun olaraq 23 may 2017-ci il tarixində günün birinci yarısında COMCEC-in Katibliyi tərəfindən COMCEC strategiyasının icra vəziyyəti, üzv ölkələrdə COMCEC-in fəaliyyətinin genişləndirilməsi, COMCEC tərəfindən həyata keçirilən tədqiqat işlərinin inkişaf etdirilməsi mövzusunda təqdimatlar nümayiş olunmuş və təqdim olunan mövzular ətrafında müzakirələr aparılıb. Günün ikinci yarısında isə COMCEC-in siyasi tövsiyələrinin icrasında meydana çıxan çətinliklər və işçi qrupların 2017-2020-ci illərdə fəaliyyət istiqamətləri müzakirə olunub.
Növbəti iki gün ərzində COMCEC çərçivəsində layihə maliyyələşməsi, layihələrin hazırlanması, təqdim olunması mövzusunda müzakirələrin aparılması və iştirakçılar üçün sosial proqramla tədbir davam edəcək.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının 4 daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahəvi (ticarət, maliyyə, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun azldılması) işçi qrupu fəaliyyət göstərir.
Şərhlər
şərhlər