“Bakıda keçirilən Şopinq Festivalı ürəkdən alqışlayıram. Düşünürəm ki, belə festival həm Bakı, həm də region üçün əhəmiyyətli olacaq”.
TravelNews.Az xəbər verir ki, ötən ay Tiflis şəhər meri seçilən Gürcüstan baş nazirinin keçmiş müavini Kaxa Kaladze Şopinq festivalla bağlı özəl olaraq Gürcüstan Azərbaycanlılarının xəbər agentliyinə (www.gaxa.ge) açıqlamasında belə deyib.
Onun sözlərinə görə, bu festival Azərbaycan və turizmin inkişafı baxımından bütövlükdə region üçün yeni imkanlar açır: “Şopinq festivalların əsas əhəmiyyəti ondadır ki, onu təşkil edən ölkə mədəniyyət və incəsənəti haqqında, iqtisadiyyat sahəsində gedən dəyişikliklər, bizneslə bağlı görülən işlər və inkişaf haqqında festival iştirakçılarına ətraflı məlumat vermək imkanı qazanır. Həmçinin Şopinq Festivalda yeni ideyalar yaranır ki, gələcəkdə bu ideyaları tətbiq etməklə iqtisadiyyatı daha da inkişaf etdirmək mümkündür. Sözsüz ki, bu festivalın uğuru haqqında xoş xəbərlər eşidəcəyik və biz gələcəkdə Tiflisdə də belə bir möhtəşəm festival keçirməyə çalışacağıq”, – deyə Kaladze bildirib.
Şərhlər
şərhlər