Bazar , May 5 2024
azenru
Home / Tədbirlər / “Bakıda keçirilən Şopinq Festivalı ürəkdən alqışlayıram” – KAXA KALADZE

“Bakıda keçirilən Şopinq Festivalı ürəkdən alqışlayıram” – KAXA KALADZE

“Bakıda keçirilən Şopinq Festivalı ürəkdən alqışlayıram. Düşünürəm ki, belə festival həm Bakı, həm də region üçün əhəmiyyətli olacaq”.  

TravelNews.Az xəbər verir ki, ötən ay Tiflis şəhər meri seçilən Gürcüstan  baş nazirinin keçmiş müavini Kaxa Kaladze Şopinq festivalla bağlı özəl olaraq Gürcüstan Azərbaycanlılarının xəbər agentliyinə (www.gaxa.ge)  açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bu festival Azərbaycan və  turizmin inkişafı baxımından bütövlükdə region üçün yeni imkanlar açır: “Şopinq festivalların əsas əhəmiyyəti ondadır ki, onu təşkil edən ölkə mədəniyyət və incəsənəti haqqında, iqtisadiyyat sahəsində gedən dəyişikliklər, bizneslə bağlı görülən işlər və inkişaf haqqında festival iştirakçılarına ətraflı məlumat vermək imkanı qazanır. Həmçinin Şopinq Festivalda yeni ideyalar yaranır ki, gələcəkdə bu ideyaları tətbiq etməklə iqtisadiyyatı daha da inkişaf etdirmək  mümkündür. Sözsüz ki, bu festivalın uğuru haqqında xoş xəbərlər eşidəcəyik və biz gələcəkdə Tiflisdə də belə bir möhtəşəm festival keçirməyə çalışacağıq”, – deyə Kaladze bildirib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir