Bazar , Noyabr 24 2024
azenru
Home / Təşkilat və Operatorlar / “Turizm haqqında” qanunda dəyişiklik

“Turizm haqqında” qanunda dəyişiklik

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni qanun layihəsi yenidən işlənmiş formada müzakirəyə çıxarılıb.

TravelNews.Az-ın APA-a istinadən verdiyi xəbərinə görə, komitə sədri Hadi Rəcəblinin sədrliyi ilə keçən iclasda layihə barədə məlumat verilib. Parlamentin sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev bildirib ki, qanun layihəsi 88 maddədən 70 maddəyə endirilib: “Bu sektorun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar nəzərdə tutulub. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası əksini tapıb”.

H. Rəcəbli bildirib ki, layihə təkmil formadadır: “Biz xidmətin keyfiyyətinin daha da yaxşı olmasını istəyirik. Burada əsas məsələ qiymətlərlə bağlıdır. Çalışırıq ki, üç ulduzlu otellərin sayı artırılsın. Bununla bağlı ölkə başçısının verdiyi tapşırıqlar var. Üç ulduzlu otellər qiymətlərin aşağı düşməsinə təsir göstərəcək. Bundan başqa, turizm sahəsində bir sıra güzəştlər nəzərdə tutulur ki, bu da qiymətlərə təsir edəcək. Yeni qanunun hazırlanmasında əsas məqsəd söylədiyim mövcud problemlərin aradan qaldırılmasına hesablanıb”. Müzakirələrdən sonra layihə birinci oxunuşda plenar iclasa tövsiyə olunub

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …