Rusiyanın “Uralskiye avialinii” aviaşirkəti may ayının sonlarından etibarən Sankt-Peterburq – Bakı reysi ilə uçuşlar həyata keçirməyə başlayacaq.
TravelNews.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, birinci reys mayın 27-si baş tutacaq.
Uçuşlar həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Qeyd edək ki, “Uralskiye avialinii” bu marşrut üzrə uçuşların həyata keçirilməsi üçün icazəni bu ilin fevralında əldə etmişdi.