Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Təşkilat və Operatorlar / IV Bakı Turizm Filmləri Festivalında 84 ekran əsəri yarışacaq

IV Bakı Turizm Filmləri Festivalında 84 ekran əsəri yarışacaq

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən IV Turizm Filmləri Festivalının məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, habelə tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etməkdir. Müsabiqə filmləri 5 kateqoriya- “Ölkə, region, şəhər”, “Mədəniyyət, ənənə”, “Reklam filmləri”, “Ekoturizm və digər turizm növləri”, “Televiziya məhsulları” üzrə yarışacaq.

Bu sözləri noyabrın 15-də Nizami Kino Mərkəzində Bakıda keçiriləcək IV Turizm Filmləri Festivalına həsr edilmiş mətbuat konfransında “Səlnamə” Film Studiyasının və festivalın direktoru Nazim Hüseynov deyib.

“Festivalın seçim komissiyasına 70 ölkədən 424 ekran əsəri qəbul edilib. Göndərilən filmlər sırasından seçim aparılaraq müsabiqə proqramı müəyyən olunaraq 43 ölkədən 84 ekran işi müsabiqəyə qəbul edilib. Azərbaycan “ölkə, region, şəhər” kateqoriyasında “Azərbaycan. Ecazkar diyar”, “Bakı. Əsrlərin aynasında”, “Azərbaycanın ruhu” və “Vulkanın nəfəsi” filmləri ilə təmsil olunacaq.

Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.

Festivalın ən yaxşı filminə isə Qran-Pri, diplom və mükafat veriləcək.

Qeyd edək ki, noyabrın 18-dək davam edəcək festivala xaricdən 20-dək qonaq dəvət olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir