Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb – FOTOLAR

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb – FOTOLAR

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanışı olub.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, habelə tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etmək olub.

Tədbirdə məlumat verilib ki, müsabiqə 5 kateqoriya – “Ölkə, region, şəhər”, “Mədəniyyət, ənənə”, “Reklam filmləri”, “Ekoturizm və digər turizm növləri”, “Televiziya məhsulları” üzrə aparılıb. Festivalın seçim komissiyasına 70 ölkədən 424 ekran əsəri təqdim edilib. Göndərilən filmlər sırasından 43 ölkədən 84 ekran işi müsabiqəyə qəbul olunub. Ölkəmiz bu festivalda “ölkə, region, şəhər” kateqoriyasında “Azərbaycan. Ecazkar diyar”, “Bakı. Əsrlərin aynasında”, “Azərbaycanın ruhu” və “Vulkanın nəfəsi” filmləri ilə təmsil olunub.

Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi mükafatlandırıb. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparıb.

Tədbirdə festivalın qalib ekran əsərləri mükafatlandırılıb.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir