Noyabrın 29-da Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin birgə təşkil etdiyi “Dayanıqlı inkişaf və bu istiqamətdə Azərbaycanda görülən işlər” mövzusunda dəyirmi masa keçirilib.
TravelNews.Az xəbər verir ki, universitetin rektoru İlham Mədətovun açılış nitqi ilə başlayan tədbirdə ATMU-nun Menecment kafedrasının müdiri İsrayıl İsgəndərov və magistri Röyanə Cəfərquliyeva tərəfindən Dayanıqlı İnkişaf anlayışı, tarixi, Minilliyin İnkişaf Hədəfləri, Dayanıqlı İnkişaf hədəfləri və Dayanıqlı Turizm haqqında ətraflı məlumat verilib.
Tədbirin davamında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin sosial-iqtisadi məsələlər üzrə eksperti Elnur İbrahimov təmsil etdiyi Şuranın yaranması, fəaliyyəti, eləcə də Dayanıqlı İnkişaf Hədəfləri istiqamətində icrası vacib sayılan planlardan danışıb.
Dəyirmi masa sual-cavab və müzakirələrlə başa çatıb.