Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Nəqliyyat / “Buta Airways” 55 min sərnişinə xidmət göstərib

“Buta Airways” 55 min sərnişinə xidmət göstərib

Sentyabr-noyabr aylarında “Buta Airways” 55 min sərnişinə xidmət göstərib.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 43 faizi AZAL-ın və “Buta Airways”in payına düşüb.

Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkət 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb, Moskva, Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi, Tehran, İstanbul, Sankt-Peterburq istiqamətlərində uçuşlar həyata keçirir. 2018-ci il yanvarın 16-da aviaşirkət Sofiyaya uçuşlar həyata keçirməyə başlaycaq.

Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

“Buta Airways” loukoster aviaşirkəti oktyabrın 29-dan etibarən Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun “Terminal 2”nin Şimal girişi vasitəsilə yerinə yetirir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir