Zaqatala Beynəlxalq Aeroportu yenidən qurma işlərindən sonra istismara verilib.
TravelNews.Az xəbər verir ki, hava limanında yeni uçuş-enmə zolağı tikilib, yeni avadanlıqlar quraşdırılıb, hava limanının binası təmir edilib. Zaqatala hava limanı artıq istənilən geniş-füzelyajlı təyyarəni qəbul etməyə hazırdır.
Açılış günü aeroporta AZAL-ın ən böyük təyyarəsi – “Airbus A340-500” eniş edib.