Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Mədəniyyət və Turizm Nazirliyi “Fitur 2018” beynəlxalq turizm sərgisində

Mədəniyyət və Turizm Nazirliyi “Fitur 2018” beynəlxalq turizm sərgisində

2018-ci ilin 17-21 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində keçirilən “Fitur 2018” beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm potensialı təqdim olunur.

TravelNews.Az xəbər verir ki, sözügedən sərgidə Nazirliklə yanaşı “Millennium Tourism”, “ENC”, “Geo Travel”, “Via Caucasus”, “Aristokrat”, “Azerbaijan Travel”, “World Travel”, “Al Travel” turizm şirkətləri və “Gilan Hospitality”, “Marxal” mehmanxanaları  iştirak edir. Sözügedən tədbirdə Nazirliyi Turizm şöbəsinin əməkdaşı Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.

Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 55 kv.m sahə icarəyə götürülərək xüsusi dizaynla stend quraşdırılmışdır. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur, ziyarətçilərlə işgüzar görüşlər keçirilir və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müzakirələri aparılır.

Həmçinin ölkəmizin milli stendi Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili və Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfiri Anar Məhərrəmov tərəfindən ziyarət olunmuşdur.

Qeyd edilməlidir ki, artıq 38-ci dəfə keçirilən ənənəvi “Fitur-2018” beynəlxalq turizm sərgisi dünyanın 165 ölkədən 10 mindən artıq şirkət təmsil olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir