Bazar , Noyabr 24 2024
azenru
Home / Tədbirlər / Turizmçilər Nabranda bir araya gəldi – “TEAM BUİLDİNG”

Turizmçilər Nabranda bir araya gəldi – “TEAM BUİLDİNG”

Mədəniyyət və Turizm Nazirliyinin Xaçmaz nümayəndəliyinin iştirakı, Azərbaycan Turizm Assosiasiyasının, “Horeca Management”-in və “Joy Travel”-in birgə təşkilatçılığı ilə yanvarın 15-16-sı tarixlərində Nabranda fəaliyyət göstərən River Inn Boutique Hoteldə  “Turizm dostları ilə birgə Team Building” adlı tədbir həyata keçirilib.

30-dan çox turizm şirkətinin, eyni zamanda KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində “Turizm və otelçilik” mövzusunda da Azərbaycanın aparıcı turizm şirkətlərinə seminar təşkil edilib. “Horeca Management” şirkətinin həmtəsisçisi Fuad İlyasov TravelNews.Az saytına açıqlamasında bildirib ki, seminarın keçirilməsində əsas məqsəd Turizm şirkətləri və Mehmanxanalar arasında turizmin inkişafına dair əməkdaşlıqların qurulmasına dəstək olmaq və Turizm dostları şəbəkəsi yaratmaqla gələcək üçün ortaq fəaliyyət planları işləyib hazırlanmasına nail olmaqdır:

“Bu tədbirlərimiz silsilə halında olacaq. Növbəti dəfə, əsasən, Bakı və regionlarımızda olan otellərin rəhbərliklərinin bir araya toplamağa çalışacağıq. Digər, üçüncü tədbirimizdə isə otel rəhbərləri ilə turizm agentliklərinin nümayəndələri arasında görüşlər nəzərdə tutulub”.

Tədbir iştirakçıları üçün Nabranda fəaliyyət göstərən River Inn Boutique Hotel ilə yaxından tanışlıq məqsədli info tur təşkil olunub. Otelin nümayəndəsi Ruslan Səfərov bildirib ki, 15 hektar ərazidə yerləşən oteldə 34 nömrə, 3 villa (6 nəfərlik), 14 kotec (3-4 nəfərlik), bununla yanaşı 3 restoran turistlərin ixtiyarındadır. İdman oyunlarının, əyləncəli proqramların keçirilməsi üçün oteldə tam şərait yaradılıb. Valideyinlərin rahat istirahəti üçün otel daxilində uşaq baxçası da fəaliyyət göstərir. River Inn Boutique Hoteldə turistlərin istirahəti üçün mükəmməl şərait yaradılıb.

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov tədbir haqqında fikirlərini saytımızla bölüşüb:

“Bu praktiki info tur onu göstərdi ki, eyni zamanda turizm şirkətləri otellərə öz tövsiyələrini verdilər, gələcəkdə daha çox turist qəbul etməyin yollarını göstərdilər. Biz ümid varıq ki, burada danışılanlar Azərbaycanın digər regionlarında fəaliyyət göstərən otellərə də öz təsirini göstərəcək”.

M.Ağakərimov həm də Azərbaycana turist cəlb etməyin yolları haqqında danışıb:

“Əgər biz istəyirik ki, Azərbaycana daha çox turist cəlb edək, iki amili nəzərə almalıyıq: yüksək xidmət səviyyəsi və qiymət siyasəti. Xidmət səviyyəsi yüksək, qiymətlər uyğun olarsa turistlər digər region ölkələrinə yox, Azərbaycana üstünlük verəcəklər”.

Qeyd edək ki, tədbir zamanı müxtəlif komanda quruculuğu istiqamətində oyunlar, əyləncəli proqramlar keçirilib. Sonda Nabran meşəsində “Manqal Party” təşkil olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir