Ötən il Naxçıvan Muxtar Respublikasına səfər edən turistlərin sayı artıb.
TravelNews.Az “Report”a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə, 413 min 357 turist gəlib. Bu rəqəm 2016-cı ildəki göstəricidən 2,5 faiz və ya 10 min 82 nəfər çoxdur.