Bazar , İyun 30 2024
azenru
Home / Tədbirlər / İstanbulda keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisi davam edir – FOTOLAR

İstanbulda keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisi davam edir – FOTOLAR

Yanvarın 25-28-i tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur.

Bu məqsədlə Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin turizm sənayesinin təmsilçilərindən ibarət nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Ölkəmizi Nazirliklə yanaşı Turizm.az Zenit Tour Travel Agency, Silk Way Travel, Rahat Travel, Via Caucasus Tour and MICE, In Travel Azerbaijan, Flame Tour & travel DMC, The Tour, Green Apple MICE and Leisure Travel, Feniks Travel and Tourism, Azera Turizm, Millennium Tourism , Azerbaijan Travel Agency, Azal, Meridian Travel, Granit AS Travel, Improtex Travel, Sulh Travel, Net Travel şirkətləri təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 70 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir. Tədbirdə ölkəmiz ilə yanaşı, bir sıra ölkələrdən 5000-ə yaxın şirkət təmsil olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir