Səudiyyə Ərəbistanına məxsus lou-kost (aşağı büdcəli) aviaşirkəti olan “Flynas” 2018-ci ilin yayından etibarən Bakıya uçuşlar həyata keçirəcək.
TravelNews.Az “The National” nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bəndər əl-Muhanna bildirib.
Onun sözlərinə görə, bu ilin yayından şirkət beş istiqamət üzrə – Gürcüstan (Tbilisi), Azərbaycan (Bakı), Avstriya (Vyana), Yunanıstan (Afina) və Türkiyə (Trabzon) uçuşlara başlayacaq. “Artıq bu həftədən biletlərin satışına başlanacaq,” – deyə B. Muhanna qeyd edib.