Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliğ olunması məqsədilə beynəlxalq sərgilərdə iştirak etməyi planlaşdırır.
Bununla əlaqədar olaraq, Azərbaycan Turizm Bürosunun təşkil edəcəyi növbəti: SATTE (14 – 16 yanvar), EMİTT (31 yanvar – 3 fevral) və İMTM (12 – 13 fevral) sərgilərinə hazırlıq davam edir.
Azərbaycanın turizm potensialını göstərəcək yeni stenddə şirkətinizi təmsil etmək və işgüzar əlaqələrinizi genişləndirmək məqsədilə sizi Azərbaycanın vahid stendinin iştirakçısı olmağa dəvət edirik.
Sərgilərdə iştirak etmək üçün aşağıdakı keçidlərdən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz:
1) SATTE 2019, 14-16 yanvar (Dehli, Hindistan)
2) EMİTT 2019, 1 yanvar-2 fevral (İstanbul, Türkiyə)
3) İMTM 2019, 12-13 fevral (Tel Aviv, İsrail)
İştirakla əlaqədar sualınız yaranarsa, aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqəndirici şəxs:
Kamran Daşdəmirov
+994 0518805516
[email protected]