Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Nəqliyyat / Tarix təkrarlanır – “Titanic II”

Tarix təkrarlanır – “Titanic II”

Avstraliyalı biznesmen Clive Palmer “Titanic II”-ni cəmiyyətə təqdim etməyə hazırlaşır.

İlk “Titanic” gəmisi, layihə müddətində “batmayan gəmi” kimi tanınsa da, 1912-ci ildə aysberqlə toqquşaraq sular altına qərq oldu. Elə bu səbəbdən də,  yeni gəmiyə batmayan deyil, “öldürülməyən gəmi” kimi müraciət edilir.

Yeni layihəyə 2012-ci ildə başlanılsa da, Çin hökumətiylə olan maddi münaqişələr zəminində proses bir neçə il sonra dayandırılmışdı. Lakin keçən aylarda, Clive Palmer gəminin inşasına davam edildiyini bildirdi.

Yeni gəmi köhnə gəmiylə tam eyni şəkildə dizayn olunacaq və eyni marşrut üzrə hərəkət edəcək. Lakin, taleyinin ilk gəmi kimi olmaması üçün, “Titanic II” hamı üçün yetəcək qədər xilasetmə qayıqları və modern naviqasiya və radar sistemi ilə təchiz olunacaq.

Gəzən şayələrə əsasən gəminin 2022-ci ildə okeana yelkən açacağı gözlənilir. Lakin Palmer, tarix demək üçün hələ tez olduğunu bildirib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir