Cümə , Noyabr 22 2024
azenru
Home / Blog / Dünyanın ən mübahisəli abidələri

Dünyanın ən mübahisəli abidələri

Dünyadakı bütün abidələr hamı tərəfindən birtərəfli olaraq sevilmir. Buna misal olacaq 10 abidəni sizə təqdim edirik:

1.  “Mount Rushmore”

Amerika Birləşmiş Ştatlarında yerləşən bu məşhur abidənin heykəltəraşının “Ku Klux Klan” – tarixin şahid olduğu ən qəddar təşkilatlardan birinə mənsub olduğu hesab olunur. Həmçinin, məhkəmə qərarı ilə bu abidənin işğal olunmuş bölgədə inşa edildiyi də təsdiqlənib. Elə buna görə də, bu abidəyə münasibət yalnız müsbət deyil.

2.  “Yasukuni Shinto” Məbədi

Yaponiya uğrunda canları vermiş əsgərlərin şərəfinə tikilmiş bu abidə ilk baxışda çox normal görünə bilər. Lakin, insanlar burada yalnızca şəhidlərin deyil, həmçinin birinci dərəcəli hərbi canilərin də xatirəsinin əbədiləşdirildiyini öyrənəndə fikirləri birtərəfli olmur.

3.  “The Valley of the Fallen”

Düşmüşlərin abidəsi kimi də tərcümə olunan bu abidə, İspaniyada vətəndaş müharibəsində həyatını itirən şəxslərin şərəfinə adlandırılmışdır. Qəribə olan isə odur ki, Hitlerin köməyi ilə hakimiyyətə gəlmiş ispan diktator Francisco Franconun məzarı da məhz elə burada yerləşir.

4.  “Che Guevara” büstü

Che Guevara bir çox insan üçün azadlığın, mübarizənin, bərabərliyin simvolu kimi görünsə də, hamı onun tutduğu itkili yolu dəstəkləmir.

5.  “The Fallen Angel” heykəli

Bu heykəl şeytana həsr olunmuş yeganə heykəldir. Bunun ən mübahisəli tərəfi isə, bu abidənin İspaniyada  bir vaxtlar kafirləri ciddi şəkildə cəzalandıran ölkədə elə eyni ərəfədə hazırlanmasıdır.

6.  Nazi hərbi qüvvələrinin qurbanlarının xatirəsinə abidə

Bu abidə nazi rejiminə qərarlarına qarşı çıxdığı üçün cəzalandırılan vətəndaşların şərəfinə tikilib. İlk baxışda, bu müsbət qarşılansa da, yüzlərlərlə insan rejimdən asılı olmayaraq bunu vətən xainliyi olaraq qəbul edir.

7.  Xristofor Kolumbun heykəlləri

Çox insanın səhvən Amerika qitəsini kəşf edən şəxs kimi tanıdığı Kolumbun heykəlləri çox az maraq görür. İnsanlar dəfələrlə bu heykəllərə zərər verməyə cəhd göstərib. Bir çox insan “Kolumb” günü keçirməkdən də imtina edir.

8.  I Pyotrun şərəfinə ucaldılmış abidə

2015-ci ildə dünyanın ən çirkin heykəllərindən seçilən bu heykəl 1997-ci ildə ucaldılıb. Heykəl Moskvada yerləşir, lakin Pyotr həyatda Moskvaya nifrət edib və hətta paytaxtı Sankt Peterburq şəhərinə köçürüb. Elə bu səbəbdən də yerli əhali bu abidəni sevmir.

9.  Qəhvəyi it heykəli

Bu heykəl, Londondakı universitetlərdən birində itlər üzərində aparılan qəddar eksperimentlərə qarşı ucaldılıb. Heyvan haqları aktivistləri bu heykələ rəğbət bəsləsə də, heyvanlar üzərində eksperimentlər aparan şəxslər bu abidənin mövcudluğunu qınayır. Abidə elmi məqsədlə heyvanlar üzərində təcrübə aparmağın etik olduğunu deyənlərlər aktivistlər arasında “qəhvəyi it” adlı üsyanlara və münaqişələrə səbəb olub.

10. “The Don Juan de Oñate” heykəli

ABŞ-da yerləşən bu heykəl dəfələrlə vandalizmin qurbanı olub. Səbəbi isə sadədir: Oñate bu bölgədə yüzlərlə insanı edam edib və qəddarlığı ilə tanınıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir