Bazar ertəsi , Noyabr 4 2024
azenru
Home / Təşkilat və Operatorlar / Turizm sahəsində ilk əmək yarmarkası baş tutub

Turizm sahəsində ilk əmək yarmarkası baş tutub

Noyabrın 24-də Bakı Biznes Mərkəzində turizm və qonaqpərvərlik sahəsində ilk əmək yarmarkası baş tutub.

AZƏRTAC-ın verdiyi məlumata əsasən, açılışda “DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi çıxış edərək əmək yarmarkası barədə məlumat verib. O qeyd edib ki, yarmarka assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilir. Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, “Logix”, “Kaffadan”, “Xonca Kitchen”, “Nova.Net” şirkətləri çıxış edib.

Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 280-dən artıq vakansiya elan edildiyini deyən Samir Dübəndi bildirib ki, iştirakçılar sırasında “KFC”, “Saffron Restaurant Group”, “Gilan Hospitality”, “Absheron Hotel Group”, “145 Restaurant Group”, “JW Marriott Absheron Hotel”, “Hyatt Regency Baku Hotel”, “Four Seasons Hotel Baku”, “MyBrands”, “Pullman Hotel Baku”, “New Era Travel”, “Baku Hospitality Group”, “Rama Service” , “PASHA Travel” və digər şirkətlər təmsil olunurlar.

Yarmarkanın əsas məqsədlərindən biri gənclərə turizm sahəsində müvafiq işlər tapmaq üçün imkanlar yaratmaqdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir