Cümə , Noyabr 22 2024
azenru
Home / Destinasiyalar / İtirilmiş şəhər-Kalahari, Cənubi Afrika, Namibiya

İtirilmiş şəhər-Kalahari, Cənubi Afrika, Namibiya

1885-ci ilin noyabrında Guillermo Farini ( William Leonard Hunt) Kalahari səhrasında rastlaşdığı qəribə və sirli şəhər haqqında bir hesabat hazırlamışdı. Bu məlumatları o, Berlin Coğrafiya Cəmiyyətinə və 1886-cı ildə Böyük Britaniyanın Royal Coğrafiya Cəmiyyətinə təqdim etdi. Farini hətta, həmən ildə bu şəhər haqqında ətraflı məlumat verilən bir kitab da nəşr etmişdir. Kitabda o, müxtəlif sıldırım qaya obrazlarından bəhs edirdi. Onun təxminlərinə görə bu qayalar köhnə şəhərin qalıqları idi.Səyyah şəhərin bir qövs şəklində qurulduğunu, bəzi hissələrinin qum altında gizləndiyini, digər hissələrinin isə aydın şəkildə müşahidə olunduğunu iddia etdi. Farini xarabalıqlarda heç bir yazı tapa bilmədiyi üçün, şəhərin bir neçə min yaşı olduğu fikrini irəli sürdü. İllər ərzində Kalahari mərkəzində olan  indi isə tamamilə səhra qumları ilə örtülü olan bu qədim şəhər haqqında çox şayiələr yayılmışdır.

Maraqlıdır ki, hətta yerli goggentot qəbilələri belə bir şəhərin olduğunu,lakin bu qəbilə tərəfindən  tikilmədiyini bildirmişlər. Tarixçi Gustav Prelud da, goggentotların onu bölgənin şimalında yerləşən xarabalıqlara aparmağa hazır olduqlarını deyirdi. Bu qəbilə iddia edirdi ki,orada bir zamanlar qədim şəhərdən tapılmış qiymətli daş-qaşlar hələdə qalmaqdadır. Şəhərin xarabalıqlarını tapmaq və Farini tarixinin həqiqət olduğunu sübut etməyə çalışmaq üçün bir çox ekspedisiya keçirildi. Ancaq bütün axtarışlar bir şeyə gətirib çıxardı və vaxtilə sirr sayılan məlumat indi bir mif oldu.

Professor A.J. Klement, Farininin nəzəriyyəsini araşdırmağa çalışdı və səyahətçinin heç bir zaman Kalahari səhrasına gəlib çatmadığını fərz etdi, lakin bunun əvəzinə, vulkanik aşınmadan meydana gələn təbii qaya formasiyalarını aşkar etdi və eroziya zamanı süni görüntülərə rast gəlindiyini qeyd etdi. 2016-cı ildə Kalahari üçün başqa bir ekspedisiya keçirildi və alimlər nəhayət Farini’nin orijinal təsvirinə uyğun olan divarlar və daşlar tapdılar. Lakin bu strukturların süni olub-olmadığı hələ də tam aydın deyil.

Şərhlər

şərhlər

Check Also

AZAL hər gün İstanbula uçuşlar həyata keçirəcək

Azərbaycanın milli aviadaşıyıcısı avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir