Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Destinasiyalar / Hobbiton,Yeni Zelandiya

Hobbiton,Yeni Zelandiya

Hobbiton – Yeni Zelandiyada J.R.Tolkinin “Üzüklər hökmdarı” və “Hobbit” trilogiyasının çəkilişi üçün xüsusi olaraq süni şəkildə yaradılmış bir kənddir. Bu kiçik kənd yazıçı tərəfindən təsvir edilən bie xalqın-“hobbit”lərin məskənidir. Bu dekorasiya özündə hobbit daxmalarını, landşaft elementləri və Yaşıl Əjdaha traktirini birləşdirir.Karton və taxtadan hazırlanan standart kinematoqraf dekorasiyalarından fərqli olaraq,bu qəsəbə normal tikililər kimi inşa edilmişdir.

İndi bu bölgəyə Hobbitonu görmək üçün gündə təxminən 300 turist gəlir. Bacarıqla hazırlanan evlər, gözəl baxımlı bağlar,mənzərəli detallarının bolluğu onları sevimli filmlərinin atmosferinə,sanki nağıllar dünyasına aparır.

               Layihə necə başladı?

Rəhbər Hollywood üçün ənənəvi  olan sadə karton bəzəklərinin quraşdırılmasını və kompüter qrafikasından istifadə edilməsini istəmədi və Hobbit qəsəbəsinin tikintisinə başlamağa qərar verdi.

Yeni Zelandiya ordusu da Hobbiton layihəsində fəal iştirak etdi. Hərbçilər 1,5 kilometrlik bir yol, gözəl bir daş körpü inşa etdilər, landşaftı daha da gözəlləşdirmək üçün dəyirmi hobbit daxmaları üçün boşluqlar yaratmaq qərarına gəldilər. Sonda, plastik və ağac elementləri ilə bəzədilmiş 37 kottec inşa edildi.

Şərhlər

şərhlər

Check Also

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib. TravelNews.Az Banker.az-a istinadən xəbər verir ki, “HenleyPartners” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir