Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.Boz ayda qeyd edilən ikinci çərşənbə – Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Yel çərşənbəsi martın 12-də, İlaxır çərşənbə – Torpaq çərşənbəsi isə martın 19-u qeyd ediləcək.
Qeyd edək ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 01:58 radələrində baş verəcək.