Bazar , Noyabr 24 2024
azenru
Home / Xəbərlər / Nazir “Parni iz Baku”ya efir qadağası məsələsinə münasibət bildirib

Nazir “Parni iz Baku”ya efir qadağası məsələsinə münasibət bildirib

“Tahir İmanov və “Parni iz Baku” kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik”.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur.

O qeyd edib ki, onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar: “Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir