Bəs siz bilirdinizmi, Kamboca geniş bitki örtüyü, çox çeşidli heyvanat aləmi və fərqli dinlərə ev sahibliyi edir. Rəsmi adı Kamboca Krallığı adlanır. Krallığa qonşu ölkələr Tayland, Laos və Vyetnamdır.
Kamboca mədəniyyəti 2000 il boyunca Hindistan və Çin mədəniyyətindən təsirlənərək və bunu digər Cənubi Asiya mədəniyyətlərinə daşımışdır. Ölkə ən böyük zərəri Qızıl Kəmər lideri Pol Pot tərəfindən görmüşdür. Pol Pot Kənd kənd təsərrufatı yönümlü ölkə qurmaq xəyalıyla Kambocanın bütün ziyalıları, elm adamlarını, sənətkarları və milyonlarca Kamboca xalqını düyü tarlalarında işlətmək istəmiş və buna qarşı çıxanları öldürtmüşdür. Rəsmi rəqəmlərə görə təxminən 1.5 milyon Kambocalı Pol Pot-a qarşı çıxması nəticəsində öldürülmüşdür. Bu isə xalqın tarixində bu günədək dərin iz buraxmışdır.
Kambocada görülüb-gəziləsi vacib olan yerlər:
• Angkor Wat məbədi
• Sihanoukville
• Punon Pen
• Tonle Sap Gölü üzən evlər
• Battambang
• The Killing Fields (Ölüm tarlaları)
• Kep qəsəbəsi
• Bokor Ulusal Parkı
• Preah Vihear Tapınağı
Kambocada yerli pul vahidindən əlavə dollardan da istifadə olunur. Küçələrdə kiçik ölçülü alış-verişləriniz üçün ödəmə etməsəniz yerli pul vahidi olan Riel-dən istifadəyə ehtiyac yoxdur.
Kambocada qidalanma çox ucuz başa gəlir. Qiymətlər əsas küçələrin kiçik köşklərində 1-2 dollar arası,
Restoranlarda isə 3-5 dollar arası dəyişir. Daha çox pul xərcləmək istəsəniz paytaxt Punon Pen-də dünya standartlarına uyğun yeməklər dada bilərsiniz.
Kambocada şəhəriçi gəzinti üçün rahat ola bilərsiniz çünki nəqliyyat xərci 1-2 dollar arası dəyişir. Tuk-Tuklar, yəni moped taksilərə hər küçə başında rast gəlmək mümkündür. Şəhərlərarası nəqliyyatı isə maksimum 15 dollara həll edə bilərsiniz. Məsələn, Yol xərci Siem Reap-dan Taylanda hər istiqamətə 13 dollara başa gəlməkdədir.
Kamboca mədəniyyəti və adət-ənənələri yüzlərlə il öncəsinə gedən tarixə sahibdir. İllər keçsə də, Kamboca xalqı Buddizm və Hinduizmin eyni vaxtda təsiri səbəbilə yaranan adət-ənənələrinə çox hörmət edir və çox bağlıdırlar. Xalqın ənənəvi salamlaşmasına Chumreap Suor adı verilmişdir.