Bazar , Noyabr 24 2024
azenru
Home / Tədbirlər / Vergi qanunvericiliyindəki dəyişikliklərlə bağlı tədbir

Vergi qanunvericiliyindəki dəyişikliklərlə bağlı tədbir

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçiriləcəkdir. Vergilər Nazirliyi ilə birgə təşkil olunacaq tədbir 27 mart saat 15:00-də “Park Inn” hotelinin “Dan Ulduzu” zalında baş tutacaqdır.

Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılacaqdır. Həmçinin Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı rəy və təklifləri dinləniləcək, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi tərəfindən suallar cavablandırılacaqdır.

Tədbirdə iştirak etmək istəyən hotellərin, səyahət agentliklərinin və tur operatorların nümayəndələri https://bit.ly/2TSCF8a formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Tədbirin keçiriləcəyi məkan: “Park Inn” hotelinin “Dan Ulduzu” zalı
Tədbirin keçiriləcəyi vaxt: 27 mart saat 15:00

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir