Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Reportajlar / Azərbaycanın turizm potensialı Yaxın Şərqdə təqdim olunur

Azərbaycanın turizm potensialı Yaxın Şərqdə təqdim olunur

Azərbaycan Turizm Bürosunun (Azerbaijan Tourism Board) təşkilatçılığı ilə ölkəmiz Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir.

10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması üçün Yaxın Şərq regionu və Səudiyyə Ərəbistandan olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilir. Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub.

Sərgi 8 ildir ki, Yaxın Şərq regionunun əsas turizm iştirakçılarını bir araya toplayaraq turizm üzrə faydalı əməkdaşlıqlar üçün uğurlu platforma rolunu oynayır.

Qeyd edək ki, ötən ilin dekabrından etibarən Səudiyyə Ərəbistanda ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Bundan öncə isə ölkəmiz Yaxın Şərq regionunda Azərbaycanın işgüzar turizm imkanlarının tanıdılması məqsədilə 25-27 martda BƏƏ-nin Əbu-Dabi şəhərində 13-cü “IBTM Arabia”da təmsil olunub. Azərbaycan Konqreslər Bürosunun iştirak etdiyi tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər zamanı ölkəmizin beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsi üzrə potensialı haqqında təqdimatlar maraqla qarşılanıb.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir