Bazar , Noyabr 24 2024
azenru
Home / Nəqliyyat / Baki-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı Bakıya çatıb

Baki-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı Bakıya çatıb

TravelNews Azərtac-a istinadən xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. Qatar İsveçrədən Türkiyəyə, oradan Gürcüstana gətirilib. Qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda 1520 millimetr standartlı izdən və 1435 millimetr standartlı izə test rejimində sınaqdan keçiriləndən sonra Bakıya gətirilib.

Qeyd edək ki, 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir