Şənbə , Noyabr 23 2024
azenru
Home / Digər / Azərbaycandakı alman irsinin turizm potensialı dəyərləndirilir

Azərbaycandakı alman irsinin turizm potensialı dəyərləndirilir

Aprel ayının 22-də Qafqaz almanlarının Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup Göygöl şəhərini ziyarət ediblər.

Göygöl Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda alman tarixi-irsinin bu günədək qorunub saxlanmasının tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından xəbər verdiyini vurğulayıb, bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə olunma potensialı haqqında danışıb.

1819-cu ildə indiki Göygöl şəhəri ərazisində Azərbaycanda ilk alman məskəni “Helenendorf”un salınmasını təntənəli şəkildə qeyd etmək məqsədilə keçirilən tədbirdə Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası və AvroQafqaziya (EuroKaukAsia) Elmi və Mədəni Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edib.

İştirakçılar həmçinin hazırda Şəmkir rayonu ərazisində yerləşən “Annenfeld” adlanan alman məskənini ziyarət edərək “Şərq ulduzu” şərab zavodunda regionun şərabçılıq ənənələri ilə tanış olublar.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixdə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamına əsasən Azərbaycan və alman xalqları arasındakı münasibətlər tarixində önəmli yerə malik bu hadisənin qeyd olunması üçün tapşırıqların icrası çərçivəsində təşkil olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir