Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Azərbaycan Turizm Forumu

Azərbaycan Turizm Forumu

Aprel ayının 20-si Tourism Lab.-ın növbəti layihəsi olan Azərbaycan Turizm Forumunun – Qəbələ
görüşü baş tutub. Tədbir Qəbələ şəhərində Heydər Əliyev adına Qəbələ Konqres Məzkəzində keçirilib.
“Gilan Hospitality Group”, “Qafqaz Hotels & Resort”, “Heydər Əliyev adına Qəbələ Konqres
Mərkəzi”nin baş sponsorluğu və “Mondo Travel”ın sponsorluğu ilə baş tutan “Azərbaycan Turizm
Forumu – Qəbələdə Görüşürük” tədbirində 250 nəfərə yaxın turizm sahəsində çalışan peşəkarlar, bir
çox Bakı və regional otellərin rəhbərləri, turizm agentliklərinin nümayəndələri, media nümayəndələri
və turizm bloggerlər iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcək
perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və
ondan irəli gələn məsələləri müzakirə etmək idi.
Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyası şirkətinin (Tourism Lab.) təqdimatı keçirilib.
“Tourism Lab.” şirkətinin rəhbəri Həvva Səfərova açılış nitqin də bildirib ki, “Şirkətin məqsədi
Azərbaycanda “Creating The Culture of Tourism İnnovation” – Turizm İnnovasiya Mədəniyyətini
yaratmaqdır. Bu istiqamətdə bütün turizmlə bağlı olan idealara açığıq və onların inkişafında əlimizdən
gələn köməkliyi etməyə hazırıq.”. Həmçinin, Tourism Lab. – ın layihələri olan “Azərbaijan
Hospitality Academy (AHA)”, “Students Tourism MeetUp”, “Superkids Yay Düşərgəsi”
haqqında qısa məlumatlar verib. Həvva Səfərova tədbir zamanı daha bir surpriz layihənin təqdimatını
edib: “Sizə surpriz layihəmiz olan “Azerbaijan Tourism Awards” təqdim edirik. İlin sonunda baş
tutacaq bu böyük və möhtəşəm tədbirdə Azərbaycan turizm sahəsində fəaliyyət göstərən turizm
şirkətlərin, otellərin, restoranların, hətta turizm fərdlərinin mükafatlandırılması həyata keçiriləcəkdir.
May ayının 1-dən qeydiyyata start verilir. Detallı məlmatı www.tourismawards.az saytından əldə edə
bilərsiniz.”
Bundan sonra tədbir spikerlərin çıxışları ilə davam edib. Spikerlər aşağıda göstərilən mövzular üzrə
çıxışlar edib və auditoriyanın suallarını cavablandırıblar.
Seymur Hacıyev – “Gilan Hospitality Group” – Group Procurement Director – Otelçilik
satınalmalarında ümumi məqamlar və onların optimallaşma çalışmaları, elektron satınalma
platformasının yaradılması
Şəbnəm Süleymanova – “Qafqaz Tufandag Hotel Gabala” İdarəedici Direktoru – Dağ Turizminin
inkişafı: “aşağı mövsüm” üçün həll yolu
Göydəniz Qəhrəmanov – Spektr Travel şirkətinin rəhbəri -Cari ildə turist axınının mövcud bazara
təsiri və qiymət rəqabəti
Orkhan Isayev – HRS- Hospitality & Retail Systems şirkətinin Reqional Direktoru – Hotel və
Restoranlarda Müasir Texnologiyaların tətbiqi
Daniel Burkhard – Chenot Palace otelinin Baş Meneceri – Müalicəvi Turizm haqqında
David Khripunov – David Digital Sharks şirkətinin təsisçisi – City branding
Rivka Khripunova – Rivka distant İngilis kurslarının təsisçisi – Globiş
Qeyd edək ki, Azərbaycan Turizm Forumu artıq 4 ildir, tuzim mütəxəsislərini bir araya gətirə bilir və
turizm sektorunda olan problemlərin müzakirə olunmasında əsas rol oynayır. Bütün bu tədbirlər milli
turizmin ən yaxşı nümunələrini ortaya qoyaraq, turizmin inkişafı və həlləri üçün müxtəlif yolların
axtarışına səbəb olur. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır ki,
burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznes
qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir