Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Blog / Ömrünüzdə 1 dəfə də olsun dadmalı olduğunuz 10 yemək

Ömrünüzdə 1 dəfə də olsun dadmalı olduğunuz 10 yemək

“Baş çəkməli olduğunuz 10 yer”, “Etməli olduğunuz 10 şey” və s.bu  kimi bir çox siyahılar var. Qida da özü özlüyündə bir zövq qaynağıdır. Buna görə də, biz sizə dadmalı olduğunuz 10 yemək növünü təqdim edirik.

1.Çin: Pekinsayağı ördək.

Bu bir kral yeməyidir! Bu sizlər üçün küçədə hazırlanan fast food-undan da tam fərqli bir təamdır. Bu yeməyin süfrəyə təqdim olunması da bir ayrı ritualdır. Mandarin lavaşlarında və ya düyü fəsəlilərində təqdim olunan ördək yaşıl soğan və “Hoisin” sousu ilə süfrəyə verilir. Qonaqların qarşısında incə dilimlərə bölünür. Sulu, ağızda əriyən ət parçaları ayrıca və fəsəliyə bükülərək yeyilə bilər.

2.Fransa:Eskarqo

Siz ilbizləri ir dəfə də olsun sınamalısınız! Bəli,bu biraz bahalı və bir qədər xüsusidir, amma inanıram ki, cəhd etməyə dəyəcək bir təamdır.

İlbiz yemək – fransızların “ixtirası” deyil. Qədim Romada belə aristokratlar bu molyuskaların dadını sevirdilər. İndi isə bunu artıq Mərakeşdən Ekvadora kimi bütün dünyada yeyirlər. Ancaq fransızlar ilbizləri daha yaxşı bilirlər, xüsusilə də Burgundiyalılar. Beləliklə, onlar ən dadlı ilbizlərin spiral ilbizlər olduğunu vurğulayırlar.

3. Yunanıstan: Musaka

Üç qatdan ibarət olan bu təamın aşağı qatında zeytun yağında qızardılmış badımcan, orta qatında – mal və ya quzu əti və üst qatında südlü sous olan “Beşamel” olur. Bütün bunlara ədviyyatlar səpilir və qızıl rəngində olana qədər bişirilir. Nəticədə isti və soyuq yeyilə bilən, çox həssas və dadlı bir yemək alınır.

4.Hindistan: Masala Dosa

Ölkənin cənubunda bir neçə növ Dosa bişirilir, ən dadlısı Masala Dosa sayılır. Yeməyin əsas xüsusiyyəti pomidorlarla,kartof və soğan püresi ilə doldurulmuş iç hissəsidir. Bu yeməyə özünə məxsus dad verən məhşur hind ədviyyatı olan “Çatni”dir.

5.İtaliya: Balqabaq çiçəkləri

“Fiore di zucca”, rikotta və ya mozarella pendiri ilə doldurulmuş incə balqabaq çiçəkləri ənənəvi Tuskan yeməyi sayılır. Çiçəkləri sousda isladıb və qaynar zeytun yağı ilə qızardırlar. Çox incə dadlı qurme yeməyi sayılır.

6.Yaponiya: Teppanyaki

Teppanyaki (Yap. Teppan – “dəmir səth” və yaki “qızardılmış”) yeməyin bu stildə hazırlanması  ilk olaraq Yaponiyada yaranmışdır. Əsas xüxusiyyəti ondan ibarətdir ki, aşpaz yeməyi qonaqlarının yanındaca hazırlayır. Bu bir performansdır.

 

7.Malayziya: Karri-Laksa

Karri-Laksa karri ədviyyatı,kokos yağı və balıq bulyonundan hazırlanan əriştədir və tofu, tərəvəz, yumurta, koreandr, çili və “sambal” sousu əlavə olunaraq hazırlanır

8.Tayland: Som-Tam

Bu salatın əsas inqredienti yetişməmiş papayadır. Palma şəkəri, sarımsaq, limon suyu, balıq sousu, hindistan xurmasının suyu, qurudulmuş krevetka, dəniz məhsulları, pomidor, yerkökü, lobya və fıstıq daxildir.

9.Avstraliya və Yeni Zelandiya: Pavlova

Desert özündə ağızda əriyən beze,qaymaq kremini birləşdirərək,sanki bir balet ətəyinə oxşayır. Buna görə desertə rus rəqqasə Anna Pavlovanın adını veriblər.Desertə eləcə də, çiyələk və kivi də qatılır.

10.ABŞ: Barbekyuda qızardılmış qabırğalar

Amerika mətbəxinin konsepsiyası varsa, barbekyu onun parlaq nümayəndəsidir. Hər bir ştatda barbekyuda qızarmış qabırğa öz-özlüyündə hazırlanır. Memfisdə sarımsaq, ədviyyat, pomidor və sirkə sousu ilə; Kanzasda şirin ədviyyat, şəkər və bal ilə;Sent-Luisdə ədviyyatlı pomidor sousu ilə qril edirlər. Amma yerindən asılı olmayaraq, barbekyu qabırğaları çox dadlı təamdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir