Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Destinasiyalar / Otelçilər qiymətləri endirmək məcburiyyətindədirlər

Otelçilər qiymətləri endirmək məcburiyyətindədirlər

Türkiyənin turizm vəziyyətinin hal-hazırda heç uyğun olmadığını ifadə edən turizmçiler qiymətlərin 2020-2021 mövsümündə istənilən səviyyəyə çatacağını söyləyir. 2016-2017 mövsümündə dərin krizis yaşayan otelçilər 2018-cu ildə özlərini qismən dirçəldə bilmişdilər,ona görə də 2019-da bu səhvi yenidən təkrarlamamaq üçün qiymətlərdə böyük endirimlər etməyə qərar vermişlər.

“Kleopatra Otelçilər Birliyinin başçısı Servet Şakiroğlu,2016 və 2017-ci illərdə iqtisadi və siyasi problemlər səbəbiylə pis mövsüm yaşanan turizm sektoru, 2016-2017-ci illərdə böyük problemlərlə üzləşmişdilər. O bildirdi ki, əvvəllər heç vaxt banklara işi düşməyən sahibkarlar belə keçən mövsümdə banklardan kredit götürməyə məcbur qalmışlar .

2018-də isə otelçilər qiymətləri endirmək məcburiyyətində qaldı, beləliklə Türkiyənin turizm bazarında kəskin ucuzlaşma getdi. Ölkəyə orta səviyyəli turistlərin axını başladı.

Deyilənə görə, otelçilər 2019-cu ilin istehsal planında diqqətli olublar və bir çox otel sahibləri mövsümün əvvəlində qiymətləri aşağı salmağa qərar veriblər.

“Bu il gəlirli bir mövsüm keçərsə, yalnız 2020-ci ildə qiyməti artırmaq mümkün olacaq”, – Şakyurlu əlavə edib. – Turizm 2018-ci ildə qazana bildi, lakin bütün pul xərcləri və vergiləri ödəmək üçün getdi. Daha sərmayə cəlb etmək lazımdır. Hökumətdən ölkəmizin nüfuzunu artırmaq üçün tədbirlər görməsini xahiş edirik. Bu baş verdikdə qiymətlər öz başına artacaq “.

Alanyadaki SKAL Turizm Birliyinin sədri Mehmet Nedanli, qiymətlərin artırılması sayəsində daha çox imkanlı turistlərin cəlb ediləcəyini söylədi: “2014-ci ildə Alanya’da turizmin rəhbərləri ilə görüşdüyüm zaman bu mövzunu da vurğuladım. Turizmin ən az 4-5 ildir daha da pisləşəcəyi qənaətindəyəm. Alanyaya gələn turist sayı çox ola bilər amma çox pul gətirmirlər. O illərdə dediyim kimi, Türkiyəni ziyarət edən turistlərin statistikası dəyişir. Bu, onların Türkiyədəki xərcləri düşməsi ilə bağlıdır və bizim ən böyük problemimiz budur. Hal-hazırda Alanya ən çox turist qəbul edən region kimi öz pozisiyasını  itirib. Həmin yeri yenidən tutmaq üçün qiymətləri endirdi. Dünyada və Türkiyədə siz bu qiymətə bundan daha keyfiyyətli   yer tapa bilməyəcəksiniz. Amma bütün bunların yaxşılaşdırılması üçün vaxt lazımdır. Əgər bu mövsüm uğurla başa çatsa Türkiyənin turizm sektoru əvvəlki vəziyyətinə qayıda bilər.”

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir