Bu dəfəki səyahətimiz Atlantik okeanı ilə Karib dənizini ayıran Kiçik Antil adalarınadır.
Müqəddəs Lüsiya adası, Columb tərəfindən 1502-ci ilin dekabrında kəşf edildi. Adada yaşayış qəsəbəsi qurmağı ilk olaraq ingilislər cəhd etmişlər, lakin cəhd uğursuz olmuşdur. 1650-ci ildə fransızlar yerli əhali ilə müqavilə bağlayaraq burada məskunlaşmağa nail oldular. Müqəddəs Lüsiya Fransa ilə İngiltərənin arasındakı münaqişə səbəbi halına gəldi. Nəticədə, ada Britaniyanın müstəmləkəsi oldu və yalnız 1979-cu ildə tam müstəqillik qazandı.